Artur Rəsizadə Orta Asiyada

Artur Rəsizadə Orta Asiyada
Bütün Xəbərlər
11:15 23.08.2012
1126
Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) avqustun 23-də Bişkekdə keçiriləcək ikinci Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gedib.
Bişkekdəki "Manas" Beynəlxalq hava limanında Artur Rasizadəni Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyev, xarici işlər nazirinin müavini Askar Beşimov və Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov qarşılayıb. Türkiyə və Qazaxıstanın dövlət başçıları - Abdulla Gül və Nursultan Nazarbayev də artıq Bişkekə gəlib.Sammitdə bu dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin yaradılması məsələləri diqqət mərkəzində olacaq.Xatırladaq ki, TDƏŞ 2009-cu ildə Naxçıvanda keçirilən Sammitində Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşündə yaradılıb./Azərtac/
OXŞAR XƏBƏRLƏR