Arvadı ilə cinsi əlaqəyə girən kişini öldürə bilməyən adama 8 il iş verildi
Bütün Xəbərlər
23:20 18.01.2012
2129
Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini 50 yaşlı Cahangir Nəsibova hökm oxunub. AZXEBER.COM gun.az-a istinadən xəbər verir ki, cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən C.Nəsibov hakim İlham Mahmudovun elan etdiyi hökmə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rusiya Federasiyasında cəza çəkib Yevlaxa gələn Cahangir Nəsibov həbsdə olduğu müddətdə həmkəndlisi Əhmədov Kərəm Həsən oğlunun onun həyat yoldaşı Nəsibova Heyran Məmməd qızı ilə intim münasibətdə olduğundan xəbər tutub. C.Nəsibov arvadının sevgilisindən qisas almaq məqsədi ilə həmkəndlisi Eminli Ramil Əjdər oğlunu Kərəm Əhmədovun arxasınca göndərib onu Salahlı kəndindəki çayxanaya çağırtdırıb. Çayxanaya gələn K.Əhmədov söhbət zamanı H.Nəsibova ilə əlaqəsi olmadığını deyib. Bu zaman C.Nəsibov üzərində olan bıçaqla ona 4 zərbə endirib. Lakin həmkəndliləri Xəqani Eminli və Ramil Eminli onu tutduğundan o, Kərəmi öldürə bilməyib. /// gun.az