Arvadı şalvarını yudu, 21,7 milyon cibində cırıldı – FOTO

MARAQLI
14:33 24.12.2012
3284

Bəxtsiz, hətta bədbəxt adam beləsinə deyərlər.

Türkiyədə keçirilən ənənəvi Superlotoda 21,7 milyon lirəlik cek-pota yiyələnən İzmir sakini bu pulları ala bilməyəcək və məbləğ bütünlüklə dövlətə qalacaq.

Səbəb isə tragikomikdir. Milli.Az DHA-ya istinadən bildirir ki, Milli Lotereyalar İdarəsindən verilən məlumata görə, 9 həftə ərzində formalaşmış 21763311 lirə məbləğində cek-potu udan adam vardı.

Dekabrın 22-dəki çəkilişdə 5, 22, 28, 38, 46 və 48 rəqəmlərini taparaq cek-pota yiyələnmiş İzmir sakini bileti yerli Lotereya İdarəsinə təqdim edib. Lakin biletdə təzhlükəsizlik kodu və seriya nömrəsi silinmişdi, oxunmurdu. "Bilet şalvarımın cibində qalıb, arvadım da bunu bilməyərək şalvarı yuyub", - deyən zavallı nə qədər and-aman etsə də, onun bileti qəbul edilməyərək adi kağız parçası sayılıb.

İzmir Lotereya İdarəsinin qərarını Türkiyə Milli Lotereyalar İdarəsi də təsdiqləyib.

İzmirli kişi isə hirsindən dəli olmaq dərəcəsinə çatıb: «21,7 milyon getdi… İndi mən arvadıma, o adama nə deyim, nə edim?!»

 

OXŞAR XƏBƏRLƏR