Arvadı təhqir, qayçı ilə qətl: Bakıda film kimi cinayətin təfərrüatı - VİDEO

Arvadı təhqir, qayçı ilə qətl: Bakıda film kimi cinayətin təfərrüatı - VİDEO
KRİMİNAL
18:10 16.11.2020
1748

2018-ci il iyunun 11-də 3 saylı Şəhər Klinik Xəstəxanasından Sumqayıt ŞPİ-nə 24 yaşlı Faiq Cəfərovun aldığı deşici xəsarətdən ölməsi barədə məlumat verilib.

Araşdırmaya başlayan 4-cü _Polis Bölməsinin əməkdaşları aydınlaşdırıblar ki, hadisə bir gün əvvəl inzibati ərazidə yaşanıb. Həmin gün şübhəli şəxs qismində 23 yaşlı Sahib Nadirov saxlanılıb.

Hadisə yerinə baxış zamanı cinayətin Sumqayıt şəhərinin 1-ci və 2-ci mikrorayonlarının ərazisindəki parkda yerləşən "TopAz” mərc oyunları kafesinin həyətində baş verməsi məlum olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Faiq Cəfərovun ölümünə qarın aortasının zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Sahib Nadirov 2019-cu il aprelin 30-da Günel Daşdəmirova ilə ailə qursa da, tanışı və əvvəllər sonuncu ilə yaxın münasibətdə olmuş Faiq Cəfərov küçədə yoldaşının arxasınca gedib, yenidən onunla ünsiyyətdə olmağa çalışıb, "Instagram” sosial şəbəkəsində fərqli adlarla ona təhqiramiz və hədələyici sözlər yazıb. 

Bu məsələyə aydınlıq gətirmək üçün iyunun 10-da görüşməyə razılaşıblar. Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən evdən çıxarkən, yataq otağından bir ədəd qayçı götürüb. Saat 23 radələrində 1-ci mikrorayonda yerləşən mərc oyunları məntəqəsinin həyətindəki kafedə çay içib, söhbət edərkən Sahib Günellə evləndiyini, buna görə ondan əl çəkməsini tələb edib.

Daha sonra birlikdə çayxanadan çıxarkən Faiqin arvadının ünvanına nalayiq sözlər işlətməsi səbəbindən qəzəblənib, qisas məqsədilə qayçı ilə qarın nahiyəsinə bir zərbə endirib. Cəfərov özünü yaxşı hiss etdiyini söylədiyindən, kənarda gözləyən Tahir Tahirov, Rəhman Tahirov və Əziz Bayramlı tərəfindən Qara Qarayev prospekti, ev 2, mənzil 25 ünvanına gətirilib. Özünü yaxşı hiss etdiyini deyib, onları yola salıb.

Kirayədə birlikdə qaldığı Elvin Məmmədovla bir müddət söhbət etdikdən sonra halı pisləşib. İyunun 11-i, səhər saat 04:35-də Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

İş üzrə dindirilmiş Sahib Nadirov bildirib ki, hadisədən 5-6 ay sonra Günel adlı qızla tanış olub. Bir neçə dəfə adının sonradan Faiq Cəfərov olduğunu öyrəndiyi şəxsin qızın arxasınca düşdüyünü görüb.

Güneldən nə baş verdiyini soruşduqda, nişanlısı Faiqin bir neçə ildir onu sevdiyini, lakin aralarında heç bir münasibət olmadığını deyib. Bu söhbətdən sonra Sahib Faiqlə şəhərdə görüşüb, ondan Güneldən əl çəkməsini, yaxın vaxtlarda onunla evlənəcəyini vurğulayıb.

Cəfərov da söz verib ki, qızı bir daha narahat etməyəcək. 2019-cu ilin aprel ayında Faiq Günelin "Instagram” sosial şəbəkəsində fotoşəklinin altında təhqiredici sözlər yazıb. İyunun 10-u, saat 19:00 radələrində işdən çıxaraq yaşadığı evə gəlib.

Saat 21:00 radələrində Cəfərov zəng edərək, 10 dəqiqəyə 17-ci məhəllədə görüşməyi təklif edib. Faiq yanında tanımadığı iki nəfərlə "Mercedes” markalı avtomobillə gəlib. Avtomobilə əyləşməyi təklif etsə də, Sahib razılaşmayıb, ikisi birlikdə yolu keçib, ərazidə yerləşən mərc oyunlarının həyətində oturub, çay içiblər.

Bir neçə dəqiqə söhbət etdikdən sonra ayağa qalxıblar, Faiq arvadının başqa şəxslərlə görüşdüyünü bildirdikdə, Sahib deyib ki, bunu sübut etməlidir. Dözməyib, şalvarının sol cibindən qayçı çıxarıb Cəfərovun qarnına xəsarət yetirib, hadisə yerindən uzaqlaşıb. Səhəri gün Faiqin öldüyünü bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəna Cəfərova ifadəsində göstərib ki, oğlu Faiq hərbi xidmətdən qayıtdıqdan sonra işləmək üçün qonşuluqda yaşayan 2-3 nəfərlə bilirkdə Bakıya gediblər və orada kirayədə qalıblar.

İyunun 11-də dostlarından biri qaynına zəng vuraraq, Faiqin Sumqayıtda tanımadığı şəxs tərəfindən bıçaqla vurulduğunu və vəziyyətinin ağır olduğunu bildirib. Həmin gün öyrənib ki, dostları oğlunu xəstəxanaya çatdırıblar, amma buna baxmayaraq, sonuncu orada vəfat edib.

Məhkəmə hesab edib ki, Sahib Nadirovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin iş üzrə toplanmış istintaq sənədləri ilə sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"