Arvadına sataşan dostunu baltalayan şəxsə cəza verildi

Arvadına sataşan dostunu baltalayan şəxsə cəza verildi
KRİMİNAL
14:11 22.10.2013
3654

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Taleh Bağırovun məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Taleh Bağırov 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu ilin fevral ayında Yasamal rayonu ərazisində baş verib. T.Bağırov 7 illik dostu, Gürcüstan vətəndaşı Əlləz İsmayılovu ailəsinə sataşdığı üçün baltalayıb. Ə.İsmayılov dostundan xəbərsiz onun mobil telefonundan həyat yoldaşının telefon nömrəsini götürərək qadına zəng edib. Taleh axşam evə gələndə həyat yoldaşı Əlləzin zəngi barədə ona deyib. Bundan sonra Taleh Əlləzi baltalayıb.

 

OXŞAR XƏBƏRLƏR