Türkiyənin Denizli şəhərində ata oğlunu öldürüb.
Sondakika.com xəbər verir ki, boşanma ərəfəsində olduğu arvadı Selma Y.-nı bıçaqladıqdan sonra həbs edilən Ünal Y. azadlığa çıxdıqdan sonra oğlu Şahin Y.-nın iş yerinə gəlib və söhbət etmək bəhanəsi ilə onu çölə çağırıb.
Onların söhbəti mübahisəyə çevrilib və nəticədə Ünal.Y. oğlunu başından silahla vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə əməkdaşları və tibb işçiləri cəlb edilib.
Polis həmin şəxsin axtarışına başlayıb. Hadisə ilə bağlı araşdırma davam edir.