Arvadını öldürən şəxs özünü də öldürdü

Arvadını öldürən şəxs özünü də öldürdü
Bütün Xəbərlər
14:30 23.06.2013
921

İyunun 21-də həyat yoldaşını öldürən şəxsin özünü Kürə ataraq intihar etdiyi məlum olub.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 55 yaşlı Qismət Əlibala oğlu Əliyevin meyiti Kür çayının Şirvan şəhərindən keçən hissəsində tapılıb. Q. Əliyevin intihar etdiyi güman edilir. Qeyd edək ki, Q.Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, 55 yaşlı Sevil Vəli qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR