Odunlavə dəmirlə döyülənqadınınhəyatyoldaşı özünə bucürhaqqqazandırır
Odunla və dəmirlə döyülən qadının həyat yoldaşı özünə bu cür haqq qazandırır. “Arvad mənimdir, özüm bilərəm”. Dəhşətli zorakılıq hadisəsi paytaxtın Nizami rayonunda baş verib. Pəhləvi Fərzəliyev küçəsində yaşayan Əli İsmayılov həyat yoldaşı Günay Abdullayevanın başına aglasığmaz oyunlar gətirib. Bir müddət öncə həyat yoldaşı tərəfindən döyülərək zədə alan Günay 15 gündən artıqdır ki xəstəxanada müalicə alır.31 yaşlı Günay Abdullayeva 4 il əvvəl Əli İsgəndərovla ailə qurub, 3 uşaqları var. Əvvəllər həyat yoldaşı onunla sakit yola getsə də, sonradan işgəncələr başlayıb. Günay bildirir ki, işgəncələrə məruz qalması səbəbsiz deyil. Bütün gününü internetdə keçirən Əli işləmək bir yana qalsın, həyat yoldaşından hər gün pul tələb edir.Günay bildirir ki, işgəncəyə tək o yox, eyni zamanda 2, 3 və 11 yaşlı uşaqları da məruz qalır. Uşaqlara qarşı əxlaqsız hərəkətlər isə onu dəhşətə gətirib. Bütün bu baş verənlərə əsasən 23 nömrəli polis bölməsində əməliyyat aparılır.
Xəzər TV