A.S.A-da “Şərq qadını dünyada necə görünür?” mövzusunda debat keçiriləcək

GƏNCLİK
12:22 23.01.2012
1765

Azərbaycan Tədris Akademiyasında (ASA) yalnız 1 gün - 24 yanvar tarixində saat 18:00-da “Şərq qadını dünyada necə görünür?” mövzusunda debat keçiriləcək. 

Debat “Biz Şərqdənik” adlı qısametrajlı filmin mövzusu ilə bağlı olacaq. Debatda Müəllimlər Universitetinin müəllimi Şaxrıza Ağayev, kinossenarist Eldəniz Quliyev, rejissor Əlisa Cabbarov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və millət vəkilləri iştirak edəcək. Debatda eyni zamanda, filmin ssenarisi, rejissor işi, aktyor işi peşəkarlar tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, debat İctimai Televiziyada yayımlanan "Ortaq məxrəc" verilişinin formatında təşkil olunur. Aparıcı Vəsilə Vahidqızıdır.

Jurnalistikaya maraq göstərən və bu mövzunu özü üçün aktual hesab edən hər kəs debata dəvətlidir. Müraciətlərinizi 24 yanvar 17:00-a qədər [email protected]/* */ünvanına göndərməklə yaxud 562 36 39 və 070 399 36 39 nömrələrinə zəng vurmaqla edə bilərsiniz. Təlim ödənişsizdir. Qeydiyyat üçün yerlər məhduddur.

OXŞAR XƏBƏRLƏR