ASAİF-in Amerika şəbəkəsindən ideya və təkliflər

GƏNCLİK
08:06 26.04.2011
2421

ASAİF-dən verilən məlumata görə, görüşün məqsədi “2011- 2015- ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı” ilə bağlı ideya və təkliflər irəli sürmək olub. 

Tədbirə Amerikanın Con Hopkins, Corc Mason, Corc Vaşinqton və digər nüfuzlu universitetlərində təhsil alan və məzun olmuş, eyni zamanda Vaşinqtonda Azərbaycanın diaspor işlərində fəal iştirak edən 20-dən çox gənc qatılıb.

Üç saat davam edən və diskussiyalarla keçən görüşün nəticəsi olaraq irəli sürülən təkliflər ASAİF-in baş ofisinə göndərilib. Görüşdə ASAİF-in Amerika şəbəkəsinin 6 ay ərzindəki fəaliyyətinin məntiqi nəticəsi olaraq ASAİF ABŞ forumunun keçirilməsinin zəruri olduğu vurğulanıb.

 

OXŞAR XƏBƏRLƏR