ASAIF-ə (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) yeni baş katib təyin olunub.
AZXEBER.COM xəbər verir ki, təşkilata Nəcibə Mustafayeva baş katib təyin edilib.N.Mustafayeva 2009-сu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.2009-2011-ci illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında işləyib. 2011-ci ildə O.E.Kutafina adına Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq hüquq fakültəsinin magistratura pilləsinə daxil olub.2013-cü ildə akademiyada təhsilini fərqlənmə ilə başa çatdırıb. Hazırda Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasət şöbəsinin mütəxəssisidir. Beynəlxalq hüquq, insan hüquqları sahələrində bir sıra məqalələrin və elmi işlərin müəllifidir.Peşə fəaliyyəti ərzində ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə uğurla təmsil edib.Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət quruculuğu və hüquq” kafedrasının müəllimidir.2011-ci ildən ASAIF-in Moskva üzrə nümayəndəsi kimi çalışıb. Bu müddət ərzində təhsil aldığı ölkədə ASAIF çərçivəsində müxtəlif tədbirlər, mədəniyyətimizin, adət və ənənələrimizin, Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurları beynəlxalq aləmdə təbliğ etmək məqsədini daşıyan aksiyalar, xüsusi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyan tədbirləri həyata keçirib.