ASAIF gəncləri bu dəfə Bakıda bir araya gətirəcək

GƏNCLİK
16:20 21.08.2013
1719

ASAIF növbəti dəfə möhtəşəm bir foruma hazırlaşır.

Belə ki, bu ASAIF-in artıq XI ənənəvi yay forumudur.Bu barədə ASAIF-in sədri Ramin Həkimov məlumat verib.Onun sözlərinə görə, bu forumun formatı digər forumlardan fərqlənir:“Digərlərindən fərqli olması və gəncləri daha çox cəlb etməsi üçün ASAIF-in bu forumunda çox çalışdıq ki, formatda müəyyən dəyişikliklər olsun. Belə ki, gənclər üçün daha çox karyera yönümlü bir forum olsun. Nəticədə gənclərimiz suallara cavab tapsınlar, həmçinin, işlə təmin oluna bilsinlər”.R.Həkimov deyir ki, forumda müxtəlif panel müzakirələri olacaq:“Belə ki, burada olacaq mövzular digərlərindən fərqlidir. Həmçinin, iştirak edən kontingent də bir qədər fərqlidir. Deyim ki, forum 45 ölkədən çox olan 600 nəfərdən artıq gəncin iştirakı ilə baş tutacaq. Əsas yeniliklərdən biri də bu il “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” ilə qəbul olub xaricdə təhsil alacaq olan gənclərin seçim prosesindən azad şəkildə birbaşa foruma dəvətli olmasıdır”.ASAIF sədri vurğulayıb ki, forumun rəsmi hissəsi 30-31 avqustda Bakıda, Alov Qüllələrinin (Flame Towers) birində yerləşən Fairmont Baku Hotelində baş tutacaq, qeyri-rəsmi hissəsi isə 1 sentyabrda gənclərin Azərbaycanın şəfalı guşələrindən birinə səfəri ilə başa çatacaq.“Forumun keçirilməsində əsas məqsəd tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmasıdır.Həmçinin, əldə edilən uğurlar barəsində gənclərin məlumatlandırılması, xüsusilə təhsil sahəsində aparılan yeni strategiya ilə gənclərin dolğun informasiya ilə təmin olunması, diaspora və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunması və ələlxüsus gəncləri dinləmək”.R.Həkimov bildirib ki, forumun qonaqları gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xarici İşlər Nazirliyinin nümayəndəsi, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, digər dövlət qurum rəhbərləri, millət vəkilləri və özəl sektor nümayəndələri iştirak edəcəklər.“Gənclər forumun proqramı ilə və panellərdə müzakirə olunacaq mövzularla yaxın zamanda tanış olacaqlar. Forumun qeydiyyatından keçmək üçün bu linkdən ərizə formasını doldura bilər və [email protected]/* */ elektron ünvana göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR