3 sentyabr tarixində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) ilk yeni heyətlə görüş keçirib. ASAIF sədri Ramin Həkimovun iştirakı ilə keçirilən görüşdə müxtəlif ölkələrdə təhsil alan gənclər iştirak ediblər.
Təşkilatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə təşkilatın sədri tərəfindən seçim əsnasında yığılmış yeni heyət təqdim olunub. Ramin Həkimov gələcək fəaliyyət planlarından söhbət açıb və yeni təyin olunmuş heyətə uğurlar arzu edib. O qeyd edib ki, bu gün güclü gənclik yetişib və gənclərimiz Azərbaycan həqiqətlərini öz təhsil aldıqları universitetdə, yaşadıqları ölkədə layiqincə təbliğ etməyi bacarırlar. Həmçinin gənclər bu gün xarici tələbələrlə sıx əlaqələr quraraq, bu sahədə elmi və mədəni mübadiləni genişləndirməlidirlər.
Daha sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib və təşkilatın 2 illik fəaliyyət planı ilə bağlı yenilik və dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.