ASAİF-in Beynəlxalq Forumu keçiriləcək

GƏNCLİK
13:20 13.03.2012
1568
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAİF) 5-8 aprel tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, foruma ərizə qəbulu elan aparılır. Forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdır. Bundan əlavə, tədbirin mahiyyəti dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığının artırmaqdır.6 apreldə Budapeştdə gənclərin Azərbaycanın xarici ölkələrdəki səfirləri səmimi dialoqu ilə başlamılması planlaşdırılan forum, Macarıstan parlamentində açılış mərasimi davam edəcək. Açılışda Gənclər və İdman Naziri Azad Rəhimov, Prezident Adminstrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiriElnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkilləri, Macarıstan rəsmiləri və parlamentarilərinin, həmçinin bir çox media strukturların rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimləri və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulub. Axşam ziyafətindən sonra təşkil olunacaq Azərbaycan mədəniyyət gecəsində ölkənin mədəniyyət incilərini, musiqisini və incəsənət nümunələri nümayiş etdiriləcək.Forumun 2-ci günündə (7 aprel) gənclər öz fikirləri, rastlaşdığı problemləri, təklif və ideyalarını Azərbaycan dövlət rəsmiləriylə bölüşəcək. Eyni zamanda, ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulub. 2-ci günün sonunda təntənəli bağlanış mərasimi ilə forumun işinə yekun vurulacaq. Bağlanış mərasimində iştirakçılara müxtəlif sertifikatlar, hədiyyələr və bir çox fərqli mükafatlar verilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR