ASAİF-in sədri: 'Taksim meydanında hər kəs xocalılıyam deyəcək' - MÜSAHİBƏ

ASAİF-in sədri:
GƏNCLİK
01:10 31.01.2012
2515
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu  - ASAİF-in sədri Orxan Əkbərovun AZXEBER.COM-a müsahibəsi  – Orxan bəy, ASAİF Xocalı soyqırımının 20-ci iliylə əlaqədar nə kimi tədbirlər keçirməyi planlaşdırır?- İlk olaraq qeyd edim ki, ASAİF yarandığı gündən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıb. Biz bu missiyamızı bu ildə davam etdirəcəyik. Qeyd etdiyiniz kimi bu il Xocalı soyqırımının 20-ci ildönümüdür və biz bununla əlaqədar olaraq Türkiyənin İstanbul şəhərinin Taksim meydanında böyük yürüş-aksiya keçirməyi planlaşdırırıq. Hazırda bütün gücümüzü bu işə yönəltmişik. Əminəm ki, Azərbaycanı sevən türkiyəli qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində İstanbulda Taksim meydanında Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək. Bu aksiyanın keçirilməsində bir neçə məqsədimiz var. İlk növbədə biz bununla Azərbaycanın Türkiyəyə dəstəyini göstərmək istəyirik, göstərmək istəyirik ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Bundan başqa çalışacağıq ki, bu soyqırım Türkiyə Böyük Millət Məclisində (TBMM) öz hüquqi statusunu alsın və tanınsın. - Sizcə Xocalının soyqırım kimi TBMM-də tanınması nə dərəcədə realdır? - Mən bilirəm ki, TBMM-də öz vətənini, millətini, xalqını sevən insanlar çoxdur. Əminəm ki, bu qanun müzakirəyə çıxarılsa mütləq qəbul olunacaq. Biz də 26 fevral aksiyasıyla Türkiyə və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışacağıq. Bu məqsədlə yaxın günlərdə Türkiyəyə yola düşüb Kütləvi İnformasiya Vasitələriylə (KİV) danışıqlar aparacağıq. Bir daha qeyd edirəm ki, Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün hər şey edəcəyik. - Bu aksiyanın təbliğatı əsasən sosial şəbəkələrdə aparılır və devizi “hepimiz hocalılıyız”dır. Bir neçə gün öncə isə İstanbulda “hepimiz ermeniyiz, hepimiz Hrantız” aksiyası baş tutmuşdu. Sizcə bu aksiyaya maraq Hrant Dink aksiyasından çox olacaq?- Yox bu həmin aksiyaya cavab deyil. Çünki Hrant Dink sıradan bir jurnalistdir. Xocalıda isə 613 nəfər soydaşımız günahsız yerə öldürülüb, soyqırıma məruz qalıb. Biz düşünürük ki, bu aksiyaya 10 mindən çox insan qatılacaq. Bunun üçün Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatlarıyla, QHT-lərlə, dərnəklərlə danışacağıq. İstəyirik ki, bu aksiyada türkiyəli qardaşlarımız azərbaycanlılardan çox olsun. Aksiya haqqında yenilənən məlumatları Facebook-da “AZERBAYCAN-TÜRKİYE,HOCALİ İÇİN TEK YÜREK!” tədbirinə qatılaraq və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə edə bilərsiniz. Xocalı Soyqırımı haqqında daha geniş məlumat üçün ASAIF rəsmi veb səhifəsi www.asaif.org-a daxil olmağınız kifayətdir. - ASAİF Xocalıyla bağlı başqa hansı ölkələrdə aksiyalar keçirəcək? - Biz dünyanın 30-dən çox ölkəsində aksiyalar keçirməyi planlaşdırırıq. Bir daha qeyd edirəm ki, bunlardan ən böyüyü Türkiyənin İstanbul şəhərində olacaq. Bundan başqa digər ölkələrdə dəyirmi masalar, görüşlər təşkil edərək Xocalı haqda məlumat verəcəyik. - Fransada etiraz aksiyası olacaqmı?- Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərlə bağlı qanun qəbul olunmamışdan bir gün öncə ASAİF Senatın önündə etiraz aksiyası keçirmişdi və qardaş Türkiyəyə dəstək olmuşdu. Amma çox təəsüf ki, Fransa senatı Avropanın bütün demokratik dəyərlərini alt-üst edərək qondarma “erməni soyqırımı”nı inkar edənlərə 1 il həbs və 45 min avro pul cəzası qanunu qəbul etdi. Qeyd edim ki, Xocalı soyqırımı günü bir çox Avropa ölkəsində olduğu kimi Fransada da aksiyamız olacaq.Hacıbəy HEYDƏRLİ
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi