“ASAN xidmət” fəaliyyətini genişləndirir

“ASAN xidmət” fəaliyyətini genişləndirir
Bütün Xəbərlər
11:47 31.03.2014
731
Müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 aprel 2014-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.
AZXEBER.COM xəbər verir ki, “ASAN xidmət”dən verilən məlumata görə, 2014-cü il dekabr ayına qədər səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səyyar “ASAN xidmət” vasitəsi ilə 2014-cü il aprel ayında aşağıdakı məntəqələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:
1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;
1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonunun sakinlərinə;
14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;
16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;
27 aprel – 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;
29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonunun sakinlərinə.
Məlumatda qeyd edilib ki, vətəndaş məmnunluğuna nail olunması səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədidir.
OXŞAR XƏBƏRLƏR