"ASAN xidmət" mərkəzləri iki gün işləməyəcək

"ASAN xidmət" mərkəzləri iki gün işləməyəcək
Bütün Xəbərlər
14:04 23.09.2015
673

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzləri Qurban bayramı ilə əlaqədar sentyabrın 24-25-dəişləməyəcək.

Bu barədə AZXEBER.COM-a agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR