Bakıda Xətai rayonunda Xətai 2 ASAN xidmət mərlkəzi fəaliyyətə başladı. ASAn xidmət üzrə dövlət agentliyinin sədri İlham Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, bu mərkəz 3 rayona Xətai rayonu ilə yanaşı Nizami və Suraxanı rayonunu da əhatə edəcək. Açılış mərasimində sualları cavablandıran İlham Kərimovun sözlərinə görə, bəzi sahələr, o cümlədən, torpaq sənədləşdirilməsi, evlərə kupçaların verilməsi, gömrük qeydiyyatı kimi sahələr bu xidmətə daxil deyil: "ASAN-da xidmətlər aidiyyyatı dövlət qurumları tərəfindən göstərlilir və bu xidmət sahələri prezident tərəfindən müəyyən edilib. Əgər prezident tərəfindən belə təklif olsa, biz bu sahələri də ASAN xidmətə daxil edə bilərik" ASAN xidmət indiyə qədər 120 min insana xidmət göstərib. Bunların 100 mini bakı şəhərinə, 18 mini Sumqayıt və 1000-ə qədəri isə rayonlara aiddir.