Asiya ölkəsi gələn il Marsa kosmik gəmi göndərməyi də planlaşdırır

DÜNYA
11:35 10.09.2012
1425
Hindistanda iki yeni raket orbitə buraxılıb. Hindistan Milli Kosmos Təşkilatı öz fəaliyyətinin 100-illiyi münasibətilə kosmosa Fransaya məxsus müşahidə peyki və Yaponiyaya məxsus mikropeyk çıxarıb. Hər iki buraxılış uğurlu olub.
Hindistanın baş naziri Manmohan Sinqh fəza alimlərinin dünyamiqyaslı texnologiyalar sahəsində əldə etdikləri uğurlarını alqışlayıb.
Qeyd edək ki, Hindistan 1960-cı illərdən bəri fəal kosmik proqrama malikdir və özü ilə yanaşı, başqa ölkələrin onlarla kosmik raketini fəzaya buraxıb. Hindistan gələn il Marsa kosmik gəmi göndərməyi də planlaşdırır.

OXŞAR XƏBƏRLƏR