Hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini geri götürüb.
AZXEBER.COM xəbər verir ki, İsmayılov bu haqda öz Facebook səhifəsində videogörüntülü müraciət etməklə bildirib. A.İsmayılov namizədliyini geri götürdüyü haqda ərizə ilə artıq Dairə Seçki Komissiyasına müraciət edib. Qeyd edək ki, A.İsmayılov namizədliyini 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürmüşdü.