Aslan İsmayılov Ziyalılar Forumundan ayrılmasının səbəbini açıqladı
Bütün Xəbərlər
14:27 26.01.2012
1194
Vəkil Aslan İsmayılov Ziyalılar Forumundan çıxmasının səbəbini açıqlayıb."Ziyalılar Forumu ilə razılaşmadığım məqamlar olduğundan oranı tərk etmişəm", - vəkil Aslan İsmayılov cümə axşamı Trend-ə Ziyalılar Forumunu tərk etməsinə münasibət bildirərkən deyib."Forumun cəmiyyətdəki rolunu müsbət dəyərləndirdiyimdən, onun ətrafında söz-söhbət olmasını istəmirəm. İşlər gördüyümdən, bu barədə danışıb hər hansı söz-söhbət yaratmaq istəmirəm. Qısaca demək istəyirəm ki, bəzi razılaşmadığım məqamlar olduğundan forumu tərk etmişəm", - o bildirib.Vəkilin sözlərinə görə, Ziyalılar Forumunun onun gördüyü işə nə müsbət, nə mənfi təsiri olub.