Digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək.
Həmməruzəçilər fevralın 2-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Prezidenti, Milli Məclisin spikeri, Ədliyyə Naziri, Ali Məhkəmənin sədri, Ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Onlar həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.