AST Telman batdı, ortağı italyanlarla restoran işinə girdi

AST Telman batdı, ortağı italyanlarla restoran işinə girdi
Bütün Xəbərlər
14:39 27.10.2015
4007
Azərbaycan əsilli yəhudi, keçmiş milyarder Telman İsmayılovun biznes ortağı Leonid Rafailov Moskvada restoran biznesinə girib.
Virtualaz.org saytı "Kommersant"a istinadən xəbər verir ki, Rafailov Moskvanın mərkəzində yerləşən "La Scarpetta" italyan restoranının və "Don Giulio Salumeria" ərzaq dükanının həmsahibidir.
İtalyan Culio Dzompi ilə birlikdə o, həmin biznesə 1 milyon dollar yatırıb. Partnyorlar bizneslərini genişləndirməyə və Moskvada italyan üslubunda qəhvə-şirniyyat evi açmağa hazırlaşırlar.
Məlum olub ki, Leonid Rafailov italiyalı ortağı ilə ötən ilin oktyabrında ASC tipli dörd müəssisə qeydiyyatdan keçirib. Culio Dzompi 2000-ci illərin əvvəllərindən Moskvada bizneslə məşğuldur.
Rafailov isə AST şirkətlər qrupuna daxil olan "AST-İnternational İnvoeronment" şirkətinin baş direktoru və səhmlərinin 10 faizinin mülkiyyətçisidir.
Şirkətin səhmlərinin qalanı T.İsmayılova, oğlu Sərxana və Simand Simanduyevə məxsusdur. Hazırda Telman İsmayılovun aktivlərinin böyük əksəriyyətinə həbs qoyulub. Oliqarx borc bataqlığındadır və yarım milyard dollardan çox borcu var. Kreditorlar onun barəsində iddia qaldıraraq hər yerdə aktivlərini dondurublar, özünün isə müflis elan edilməsini tələb edirlər.
T.İsmayılovun ortağı olan Daniel Rafailov da Azərbaycan əsillidir, Qubadakı məşhur Qırmızı qəsəbədəndir. Onun digər iki qardaşı Januko Rafailov və Don Rafailov da T.İsmayılovla ortaq olub.
İki il əvvəl Januko Rafailov direktoru olduğu "AST Cargo" şirkətinə məxsus anbar-konteynerlərdə yüzlərlə vyetnamlının qul kimi işlədilməsinə görə həbs edilmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb