Antaliyada 1,5 milyard dollar dəyərində inşa etdiyi Mardan Palace otelinin açılışı ilə Rusiyada qəzəbə tuş gəldiyi iddia edilən T. İsmayılov 3 ildən sonra Moskva ilə münasibətlərini qaydasına sala bilib. ANS PRESS-in "РБК daily" qəzetinə istinadən verdiyi məlumata görə, Moskva Bələdiyyəsi Telman İsmayılovun AST şirkətinə Kreml Sarayından 700 m aralı məsafədə lüks mehmanxana inşa etməyə icazə verib.AST şirkəti 23,4 min kvadrat metr ərazidə otel inşa etməyə icazə alıb. Binanın hündürlüyü 23 metr, parkinqin tutumu isə ən azı 147 maşın üçün nəzərdə tutulacaq. Qəzetin yazdığına görə, otel kompleksi 2015-cilin dördüncü rübündən artıq təhvil veriləcək.Qəzetin ekspertlər arasında apardığı qiymətləndirmə sorğusuna əsasən, bu layihənin dəyəri 80-100 milyon dollar təşkil edə bilər.