Ağstafada bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb
1991-ci il təvəllüdlü B. Hüseynov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, 35 yaşlı kişinin vəziyyəti ağırdır.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı polis araşdırma aparır.