Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes”, "VAZ 21010”, "BMW” və daha bir avtomobil toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.











































