“ƏDV”-dən azad olma bütün avtomobillərə şamil olunacaq? - VİDEO

“ƏDV”-dən azad olma bütün avtomobillərə şamil olunacaq? - VİDEO
SOSİAL
01:06 30.11.2026
75
Yerli avtomobil bazarında yeni güzƏşt dövrü başlayır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, 2027-ci il yanvarın 1-dən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 7 il ərzində əlavə dəyər vergisindən azad ediləcək.

Amma, bu güzəşt avtomobilin sadəcə Azərbaycanda yığılması ilə qüvvəyə minməyəcək. İstehsal prosesi tam sənaye yığımı formasında həyata keçirilməli, qaynaq və boya mərhələlərini də əhatə etməlidir. yəni güzəşt daha geniş istehsal prosesinə malik müəssisələri əhatə edəcək.

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu güzəştin əsas məqsədi ölkədə avtomobil istehsalını stimullaşdırmaq, investorlaq üçün daha əlverişli şərait yaratmaqdır.

Ekspert onu da əlavə etdi ki, vergi güzəşti avtomobilin qiymətinin avtomatik olaraq 18 faiz ucuzlaşacağı demək deyil.
 

OXŞAR XƏBƏRLƏR