Astara gömrük keçid məntəqəsində İrana getmək istəyən vətəndaşlar arasında sıxlıq yaranıb.
AZXEBER.COM-un məlumatına görə buna səbəb qonşu ölkənin Biləsuvar gömrük keçid məntəqəsini bağlamsı olub. Odur ki, gün boyu 1000-ə yaxın sakin qonşu ölkəyə keçmək üçün Astara gömrüyündən istifadə etmək istəyib. Bu vəziyyət ən çox yaşlı insanlar və kiçik yaşlı uşaqlar üçün çətinliklər yaradıb.Həmçinin 100-ə yaxın ağır tonnajlı yük avtomobili və avtobuslar da gömrük keçid məntəqəsini keçmək üçün uzun növbəyə durub.Astara gömrük idarəsindən isə bildirdilər ki, insan sıxlığına baxmayaraq, gömrük əməkdaşları sonuncu adam İrana keçənə kimi iş başında olcaqlar. Ümumiyyətlə, Biləsuvar gömrük keçid məntəqəsinin bağlanması Astara gömrük idarəsinin gücləndirilmiş iş rejiminə keçməsinə səbəb olub