28 yaşlı Nisə Xəlilovaya dəhşətli işgəncələr verən əri Çingiz Mehdiyev 6 il həbs cəzası alıb
Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini Çingiz Abdulla oğlu Mehdiyevə hökm oxunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həyat yoldaşını döyərək işgəncə verən və qulağını kəsən Ç.Mehdiyev məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.O, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.Qeyd eədk ki, Hakim İsmayıl Abdurahmanlının sədrliyilə keçirilən prosesdə Çingiz Abdulla oğlu Mehdiyevvin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5 və 145.2.6-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.Prosesdə onun həyat yoldaşı, zərərçəkmiş Nisə Xəlilova və şahidlər də dindirilib.Həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə ittiham olunan 33 yaşlı Cingiz Mehdiyev prokurorluğun sanksiyası ilə saxlanılıb. Onun barəsində Astara rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.