Astarada avtomobil aşıb, ölən var

Astarada avtomobil aşıb, ölən var
SOSİAL
01:30 06.10.2026
164
Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə ("Niva") idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
///report///
OXŞAR XƏBƏRLƏR