Ağsuda bahalaşmaya qarşı etiraz aksiyası keçirdi - FOTO

Ağsuda bahalaşmaya qarşı etiraz aksiyası keçirdi - FOTO
Bütün Xəbərlər
14:59 13.01.2016
2959

Ağsu şəhərində bahalaşma əleyhinə etiraz aksiyası keçirilib.

Bu barədə Ağsu sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bu gün saat 12 radələrində şəhərin mərkəzi küçəsində 50-60 nəfərə yaxın sakin tərəfindən aksiya keçirilib. Aksiyada əsas tələb son zamanlar baş verən qiymət artımı, iş yerlərinin olmaması və sosial problemlər olub.

Aksiya təxminən yarım saata yaxın davam edib, polis müdaxiləsi olmayıb. (qaynar.info)

OXŞAR XƏBƏRLƏR