Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı

SOSİAL
17:26 26.09.2020
1143

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Çaparlı kəndi əraziində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, 1973 təvəllüdlü Qərib Fərman oğlu Şirinov "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Nəticədə Q.Şirinov hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı zərbənin təsirindən sürücünün başı bədənindən ayrılaraq bir neçə metr kənara düşüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR