“Asudə vaxtımda turistəm”

GƏNCLİK
14:10 02.04.2014
1639

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə“Asudə vaxtımda turistəm” adlı layihənin icra planına uyğun olaraq Xəzər Universitetində maarifləndirmə təlimi keçirilmişdir.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək olmaqdır. Bu məqsədlə keçirilmiş təlimdə tələbələrə ölkənin uğurlu gənclərsiyasətində Gənclər Fondunun rolu, asudə vaxtdan daha səmərəli istifadə yolları, bu məqsədlə turizmin müxtəlif sahələri ilə məşğul olmağın faydaları, mexanzmləri və istiqamətləri haqqında məlumat verilmişdir. Layihə çərçivəsində turizm sahəsində öz hüquq və vəzifələrini bilən gənclərin yetişməsinə dəstək olmaq məqsədi ilə tədbir iştirakçılarına bukletlər də təqdim olunmuşdur. Təlim zamanı asudə vaxt nədir,asudə vaxtın səmərəli təşkili yolları, bunun üçün vacib olan amillər və faktorlar, asudə vaxtın təşkili ilə bağlı problemlər, Azərbaycanda turizm infrastrukturu, kimlər turist hesab olunur, turistin vacib sənədləri, turistin yaddaş kitabçası, turizmin inkişaf mexanizmləri, yaxın gələcəkdə turizm və gənclik kimi mövzular interaktiv metodlarlamüzakirə olunmuş, "Turizm haqqında"Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilmişdir.

Tədbirin sonunda tələbə gənclərin asudə vaxtla bağlı, turizm imkanları və onlardan istifadə zamanı qarşılananproblemlərin aradan qaldırılması barədə təklifləri, rəyləri, təşəbbüsləri dinlənilmiş, turist səfərlərin stimullaşdırılması və intensivləşdirilməsi məqsədi ilə gənclər üçün güzəştli turların təşkil olunmasının vacibliyiqeyd edilmiş,sualları cavablandırmışdır.

OXŞAR XƏBƏRLƏR