Aşura günü yoxa çıxan kənd mollası tapıldı

Aşura günü yoxa çıxan kənd mollası tapıldı
Bütün Xəbərlər
11:32 27.10.2015
2247
“O, soruşub ki, sən facebook sosial şəbəkəsində varsan, ya yox”.
Salyan rayonunun Kürsəngi kəndinin Aşura günü yoxa çıxmış 52 yaşlı mollası Böyükağa Məmmədov dünən axşam saat 22 radələrində evlərinə qayıdıb.
AZXEBER.COM  xəbər verir ki, bu barədə virtualaz.org saytının Şirvan bürosuna B.Məmmədovun yaxınları məlumat verib.
Onların sözlərinə görə, din xadimi evə dönməzdən 2 saat əvvəl iki gün ərzində bağlı olan mobil telefonundan qızına zəng vuraraq “narahat olmayın, evə qayıdıram” deyib.
Sonra B.Məmmədov özünə məxsus avtomaşınla evinə qayıdıb. Yaxınları onun başına gələnlər barədə söylədiklərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.
B.Məmmədov dünən axşam Salyan Rayon Polis Şöbəsinə çağırılıb və izahatı alınıb.
OXŞAR XƏBƏRLƏR