At maşına dəydi, sürücü öldü

At maşına dəydi, sürücü öldü
Bütün Xəbərlər
20:00 06.09.2013
1197

Yol qəzasında at ölümə səbəb oldu.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, sentyabrın 5-də saat 21:10 radələrində Qəbələ rayonu Bunut kəndinin ərazisində Bakı şəhər sakini Ağamir Quliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolun hərəkət hissəsində dayanmış atı vurub.Zərbənin təsirindən at yolun əks istiqamətində Vəndam qəsəbə sakini Seymur Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə dəyib.Hadisə nəticəsində S.Nəbiyev yerindəcə keçinib.Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR