Ata 1 yaşlı qızını öldürüb yandırdı

Ata 1 yaşlı qızını öldürüb yandırdı
DÜNYA
11:06 23.09.2016
4758
Nyu-Yorkda tükürpədən hadisə baş verib

Ryan Laurens adlı bir kişi göz xərçəngi xəstəliyinə qarşı mübarizədə qalib gələn 1 yaşlı qızı Maddoksu beysbol taxtası ilə döyərək qətlə yetirib. O, daha sonra körpənin cəsədini yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan 25 yaşlı ata qızını ona göstərilən diqqət və qayğını qısqandığına görə öldürdüyünü etiraf edib.
 
Qatil ata törətdiyi cinayət əməlinə görə ən azı 25 il müddətinə azadlıqdan məhrum olunacaq.
 
/// qafqazinfo
OXŞAR XƏBƏRLƏR