Ata-ana 16 yaşlı xəstə qızın başına oyun açdılar – TƏFƏRRÜAT
DÜNYA
19:26 08.12.2012
3829
ABŞ-ın Missuri ştatında sadist-pedofil ər-arvadın məhkəməsi olub. Bunlar bir neçə il əlil qızı qorxudaraq ondan sui-istifadə ediblər. Onlar törətdikləri cinayətlərin şəkillərini sadomazoxistlər üçün məşhur pornoqrafik jurnalın üz qabığına yerləşdiriblər. Müttəhim kürsüsündə Lebanon şəhərindən olan 47 yaşlı Merlin Beqli və onun həyat yoldaşı 45 yaşlı Edvard oturublar. İstintaq nəticəsində məlum olub ki, Merlin və Edvard 2003-cü ilin fevralında əqli geriləməsi olan 16 yaşlı qızla tanış olub və onu dilə tutublar ki, onlarla birlikdə yaşasın. Öz ögey valideynlərinin yanından qaçan qız buna razı olub. Onlar qıza narkotiklər veriblər, başına müxtəlif işgəncələr gətiriblər, tabe olmaq üçün su, elektroşok və kəskin alətlərdən istifadə ediblər. 2007-ci ilin iyulunda Edvard dəb jurnalında öz qurbanı ilə birlikdə təhqiredici formada şəkil çəkdirməyə razı olub. Daha sonra o, azyaşlını fahişəliyə cəlb edib və bunun müqabilində pul, siqaret, hətta ət də alıbmış. “The Daily Mail” qəzetinin yazdığına görə, o, Missuridə qızı striptiz klublarında rəqqasəlik etməyə məcbur edib. 2009-cu ildə Edvard halı pisləşən qıza təcili yardıma zəng etməyə məcbur olur. Bu hadisədən sonra hüquq-mühafizə orqanları onunla maraqlanırlar. Merlin Beqli günahını boynuna aldığına görə onun cəzası yüngülləşdirilib, əri Edvard isə ömürlük həbs cəzasına məhkum olunub.(ANSPRESS)