Türkiyədə oğlunun oxuduğu orta məktəbə bıçaqla basqın edən valideynin görüntüləri izləyənləri dəhşətə gətirib.AZXEBER.COM-un verdiyi məlumata görə, belə ki, uzaqda təhsil alan oğlunu yaşadığı şəhərin məktəbinə köçürmək istəyən valideynə verilən rədd cavabı onun möhkəm qəzəbləndirib.
Əlinə daş parçası götürərək təhsil müəssisəsinin pəncərələrini qıran ata ətrafdakılardan etiraz gördükdə bıçağa əl atmalı olub. İnsanları öldürəcəyi ilə hədələyərək ona yaxınlaşmamalarını tələb edib. Bununla da hirsi soyumayan valideyn məktəbə daxil olaraq aqressiv hərəkətlərini davam etdirib. Həvəskar kamera ilə lentə alınan görüntülər internetdə yayımlanıb və izləyicilərin təəccübünə səbəb olub.