Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək cəhdinin qarşısı alınıb.
AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Anar Zöhrab oğlu Novruzovun yanına görüşə gələn atasının üzərinə baxış keçirilib.
Lənkəran şəhər sakini Zöhrab Əli oğlu Novruzovun alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülünün içərisindən 420 (dörd yüz iyirmi) ədəd psixotrop maddə - “Metodon” və 140 (yüz qırx) ədəd “Lirika” kapsulaları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.