Türkiyədə daha bir dəhşətli cinayətin üstü açılıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Konya şəhərində evlərin birində yanmış qadın cəsədi tapılıb. Araşdırmalar zamanı polis dəhşətli cinayətin üstünü açıb.Məlum olub ki, 14 yaşında N.E. ögey atası, 32 yaşlı Halil Taşdöven və onun dostu 35 yaşlı Ramazan Akın tərəfindən zorlanıb. Bu hadisə baş verərkən qızın anası, 37 yaşlı Fatma Hazan evə gəlib. Qadın qızının vəhşicəsinə zorlandığını gördükdə, bunun qarşısını almağa çalışıb. Lakin gözü qızan kişilər qadını döyüb və onu boğaraq öldürüblər, sonra isə meyiti yandırıblar.Polis hadisəni törədən hər iki cinayətkarı tutub. Ağır Cinayətlər Məhkəməsi Halil Taşdöven və Ramazan Akılı ömürlük azadlıqdan məhrum edib.