AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 14-də birinci və dördüncü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 9 abituriyent 700 bal toplayıb. Bunlardan 7-si birinci, 2-si isə dördüncü qrup üzrə imtahan verib.
Birinci qrup üzrə qəbul imtahanında 700 bal toplayanlardan biri də İsa Məmmədlidir. O, Səbail rayonu 163 nömrəli məktəbin məzunudur.