“Atam ona oğul kimi yanaşırdı”– İlham Əliyev

“Atam ona oğul kimi yanaşırdı”– İlham Əliyev
Bütün Xəbərlər
10:56 19.12.2014
2206
"Bu nəğmə ölkəmizin rəmzidir"
Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.
AZXEBER.COM-un AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
Gəminin kapitanı Prezident İlham Əliyevə raport verib.
Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan İlham Əliyev onun xatirəsinin xalqın qəlbində yaşayacağını vurğulayıb:
“Bu gün həqiqətən gözəl bir gündür. Müslümün adı verilən bu gəmi gözəl ölkəmizə, Müslümün çox sevdiyi, bağlı olduğu, şərəfinə “Azərbaycan” adlı çox gözəl mahnı bəstələdiyi vətəninə xidmət edəcək. Bu gün bu nəğmə ölkəmizin rəmzidir. Müslümün bəstələdiyi “Dəniz” mahnısı bizim şəhərimizə, dənizə olan məhəbbətini əks etdirir. Yəqin ki, dəniz haqqında daha yaxşı mahnını heç kəs bəstələməyib. Bu gün bu, bizim əziz Müslümümüzün, Azərbaycan xalqının fəxrinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addımdır. İlk, amma sonuncu addım deyil. Gələcəkdə də addımlar atılacaq. Onun adı bizim xatirəmizdə, qəlbimizdə, Azərbaycan xalqının, Rusiyanın ürəyində əbədi yaşayacaq. Çünki o, həmişə deyirdi ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır. Müslüm Azərbaycanda anadan olub, formalaşıb, məşhurlaşıb, Rusiyada isə ümumdünya şöhrəti qazanıb, öz yaradıcı potensialını tam reallaşdıra bilib. Nadir şəxsiyyət, çoxtərəfli istedad olub. Bir şəxsiyyətdə bu qədər istedadın birləşməsini təsəvvür etmək çətindir. Amma bu, həqiqətən belə idi. Onu tanıyanlar bunu bilirdilər. Bununla yanaşı, Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir. Cəhdlər çoxdur. Bu, başadüşüləndir, onun mahnılarını ifa etmək arzusunda olanlar çoxdur. Mən bunu alqışlayıram. Çünki bu mahnılar yaşamalıdır. Lakin bu günə qədər heç kim bu mahnıları Müslüm kimi ifa edə bilməyib. Düşünürəm ki, bundan sonra da bunu edə bilməyəcəklər. Bu gün də hər dəfə onun mahnılarını dinləyəndə sevinc hissi duyuruq, Müslümün bizi çox tez tərk etməsindən isə kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır.
Biz onunla çox yaxın dost olmuşuq, bir-birimizə böyük rəğbət və hörmətlə yanaşmışıq. Çox şadam ki, bu gün Tamara və Mehribanla gəmidə Müslümün atamla birlikdə olduğu və onların münasibətlərini əks etdirən fotolara baxdıq. Atam ona oğul kimi, o isə Heydər Əliyevə ata kimi yanaşırdı. Düşünürəm ki, bizim ailəvi münasibətlərimizdə hökm sürən ab-hava bütün cəmiyyətə sirayət edib. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq