"Atamı həkimlər bu vəziyyətə salıblar" — Həsənağa Sadıqovun oğlu

"Atamı həkimlər bu vəziyyətə salıblar" — Həsənağa Sadıqovun oğlu
MAQAZİN
13:39 31.07.2018
7578
Tanınmış musiqiçi, əməkdar mədəniyyət işçisi Həsənağa Qurbanovun ailəsi sənətkarı müalicə edən həkimlərdən narazıdır.
 
AZXEBER.COM xəbər verir ki, H.Qurbanovun oğlu Elşən Qurbanov "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, məşhur musiqiçinin bu vəziyyətə düşməsinin səbəbkarı tibb işçiləridir:

"Atamı həkimlər bu vəziyyətə salıblar. Əvvəlcə dedilər ki, belində yırtıq var. Sonra bildirdilər ki, hepatit  xəstəliyindən əziyyət çəkir. Dedim ki, onda qanını təmizlətdirək.  Mən artıq bu həkimlərə inanmıram. Allah köməkləri olsun. Onlar mənim atamı bu vəziyyətə qoyublar".

Elşən Qurbanov atasının sənət yoldaşlarından razılığını da ifad edib:
"Bütün sənət yoldaşları, musiqiçilər gəlib gedirlər. Hamısına təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Həsənağa Qurbanov Azərbaycanın ən məşhur musiqiçilərindən hesab edilir. Əksər musiqi alətlərində ifa edə bildiyi üçün dövrünün məşhur musiqiçiləri onu "orekestr adam" adlandırıblar. 
OXŞAR XƏBƏRLƏR