“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - Video

“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - Video
SOSİAL
22:05 13.07.2026
454
Xəbər verdiyimiz kimi, Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilir.

AZXEBER.COM xəbər verir ki, hazırda onun axtarışları davam etdirilir.

Yeniyetmənin nənəsi bildirib ki, Fərid görmə məhdudiyyətli anasının yeganə övladıdır:

"Anası 16 ildir oğlunun üzünü görə bilmir, gözdən əlildir. Qızımın tək övladıdır. Elə bu uşağın üstündə balamın gözləri tutulub. Atasına deyir ki, uşağımın meyitini gətirin, əlimi sürtüm”.

Yeniyetmənin xalası isə hadisənin təxminən saat 16:00 radələrində baş verdiyini deyib:

"Bacımın oğlu kanala üzməyə gedərkən suya düşüb. Yanındakı uşaqlar onu xilas edə bilməyiblər, özləri də suya atılmağa qorxublar. Təxminən 10 dəqiqə suda qalaraq kanaldakı dəmirdən yapışıb. Yanındakılar azyaşlı olduqları üçün onu çıxarmağa gücləri çatmayıb. Həmin ərazidə köməyə gələcək heç kim olmayıb. Nənəsi onu böyük əziyyətlə böyüdüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, kanalın suyunu dayandırsınlar və Fəridimizin nəşini taparaq bizə təhvil versinlər”.

Daha ətraflı "Baku TV”nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR