İrlandiyadan Kanadaya atasının dəfninə gedən gənc qadın təcavüzə uğrayıb.
Sondakika.com xəbər verir ki, Nayomi Vudyat adlı qadın atasının dəfninə getməzdən əvvəl pasportla bağlı problemi həll etmək üçün Dublinə yollanıb.
O, pasportu ilə bağlı problemin həll olunacağını gözləyərkən Dublində hoteldə qalıb və orada bir kişi ilə tanış olaraq spirtli içki qəbul edib.
Səhər oyananda gecə saatlarında narkotik qəbul etdiyini, döyüldüyünü və təcavüzə uğradığını anlayan qadın dəhşətə gəlib. Onun bədənində göyərmə və siqaret izləri olub. Hotelin barında birgə içki içdiyi kişi bütün bunlardan sonra onun zinət əşyalarını da götürərək qaçıb.
Dəfndən sonra qadın hadisə ilə bağlı polisə müraciət edib.
///oxu.az