Atasının maşınından düşən 15 yaşlı uşağı başqa bir avtomobil vurdu - FOTOLAR

Atasının maşınından düşən 15 yaşlı uşağı başqa bir avtomobil vurdu -  FOTOLAR
Bütün Xəbərlər
10:02 15.10.2014
2107

Bakının Sabunçu rayonunda yeniyetmə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Atasının maşınından düşən 15 yaşlı Məhərrəm Əhmədini başqa bir avtomobil vurub.  Yeniyetmə 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan APA-ya verilən məlumata görə, Məhərrəm Əhmədli xəstəxanaya çatdırılanda bioloji ölüm artıq baş veribmiş.

OXŞAR XƏBƏRLƏR