Bakının Sabunçu rayonunda yeniyetmə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Atasının maşınından düşən 15 yaşlı Məhərrəm Əhmədini başqa bir avtomobil vurub. Yeniyetmə 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan APA-ya verilən məlumata görə, Məhərrəm Əhmədli xəstəxanaya çatdırılanda bioloji ölüm artıq baş veribmiş.


