Atasının qoyunlarını oğurladı - Dostları ilə əlbir VİDEO
Bütün Xəbərlər
12:55 13.01.2016
1264
"Səhvim ondadır ki, oğurluğu görüb, gizlətmişəm""Ağacı qurd içindən yeyər" deyiblər. Samuxda bu deyim bir daha öz təsdiqini tapıb. Oğul çobanlarla birlikdə atasına məxsus qoyunları oğurlayıb. Samux polisinə rayon ərazisində xeyli sayda qoyunun oğurlanması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları oğruların elə də uzaqda olmadığını müəyyən ediblər. Məlum olub ki, 32 yaşlı Zamin Alışanov 28 yaşlı Goranboy sakini Mehman Quliyevlə birgə atasına məxsus qoyunları oğurlayıb. Hər iki şəxs saxlanılıb. Zamin Alışanov oğurluğa görə özünü qismən təqsirli bilir.Zamin Alışanov - saxlanılan şəxs: "Qoyunlar bizim özümüzünkü olub. Onu Mehman oğurlayıb, satıb. Mən də görüb, gizlətmişəm. Mənim səhvim oradadır ki, mən vaxtında onun oğurluq etməsi barədə məlumat verməmişəm. Sadəcə buna görə peşmanam". Mehman Quliyevin ətrafında aparılan araşdırmalar zamanı, onun bundan əvvəl Masallı rayonu ərazisində oğurluq etdiyi və cinayət əməli ilə bağlı polis tərəfindən axtarıldığı da məlum olub. Ancaq Quliyev kamera qarşısında bu barədə danışmaq istəməyib. Samuxdakı oğurluğa gəlincə çoban özünü sudan quru çıxartmağa çalışıb.Mehman Quliyev - saxlanılan şəxs: "Masallıda olan başqa şeydir. Ondan danışmaq istəmirəm. Samuxda isə Zamin deyib, mən etmişəm".Faktla bağlı Samux Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. (Region TV)