Atatürk Naxçıvanda anıldı

Atatürk Naxçıvanda anıldı
Bütün Xəbərlər
11:01 21.05.2012
1361

Naxçıvan Dövlət Universitetində 19 may Atatürkü anma: gənclik və idman bayramı” qeyd olundu. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə əvvəlcə türk və Azərbaycan xalqının milli azadlıq uğrunda qurban gedən şəhidlərinin xatirəsi ehtiramla yad olundu. Dövlət himnləri səsləndirildi. Türkiyə Respublikasının Naxşıvandakı baş konsulu Cenk Ünal çıxış edərək Mustafa Kamal Atatürkün doğum günü və 1919-cu ildəTürkiyədə Milli istiqlal savaşının başladığı tarix olan bu günün əhəmiyyətindən bəhs etdi. Vurğulandı ki, I Dünya müharibəsi başa çatdıqdan sonar Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. Üç il davam edən mübarizədən sonar ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cumhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunur. Bu bayram böyük öndər Atatürkün müstəqiliyin qorunması, ölkənin gələcək inkişafı naminə türk gəncliyinin üzərinə qoydüğü müqəddəs vəzifələri bir daha xatırladır.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli iki xalqın qədim tarixi köklərindən, ölkələrarası səmimi dostluq və qardaşlıq münasibətlərindən söhbət açdı. Rektor bildirdi ki, bu sarsılmaz birlik universitetlər arası əlaqələrin inkişafında da özünügöstərir. Beləki, Naxçıvan Dövlət Universitetində Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu, Türkiyə Cümhuriyyətinin Ağrı İbrahim Çeçen Universitetində “Bölgə universitetləri arasındakı işbirliyinin genişlənməsi və qarşıdakı hədəflər” mövzusunda seminar və digər tədbirlər keçirilmişdir.Türkiyədə yenicə həyata keçirilməsinə başlanılan Mövlana proqramına əsasən birgə elmi layihələrin həyata keçirilməsi, tələbə mübadiləsinin Baloniya sisteminin prinsiplərinə uyğun şəkildə qurulması, müştərək konfrans və simpoziumların, mədəniyyət tədbirlərinin, idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Hər iki xalqın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin gəncliyə göstərdiyi etimad və qayğı xalqın gələcəyi olan yeni nəslin üzərinə məsüliyyətli vəzifəflər qoyur.

Tədbir rəngarəng konsert proqramı ilə başa çatdı. Universitetin Tələbə Teatr Studiyası, musiqi kollektivləri maraqlı bayram pqoramı təqdim etdilər.Elnur Kəlbizadə

OXŞAR XƏBƏRLƏR