Atb kartların daha bir üstünlüyü

İQTİSADİYYAT
12:52 27.12.2022
346

Azər Türk Bank müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir.

AZXEBER.COM xəbər verir ki, yeni istifadəyə verilmiş xidmət sayəsində Bankın Mastercard kart sahibləri bir çox xarici ölkələrin banklarının Mastercard ödəniş sisteminə aid kartlarına pul köçürə biləcəklər. Köçürmə əməliyyatlarıatb360 mobil tətbiqi vasitəsilə yerinə yetirilir.

Müştərilərin gün ərzində 3 dəfə ümumilikdə 850 AZN, ay ərzində 10 dəfə 8500 AZN və ya bu məbləğlərə bərabər xarici valyutanı ölkələrarası kartdan karta xidməti vasitəsilə yerinə yetirmək imkanları olacaqdır.

Köçürmələr üzrə komissiya, minimum 3 AZN/USD/EUR/GBP olmaqla, göndərilən vəsaitin 1,5%-ni təşkil edir.

Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR